2024/25-ci tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən yeni pilot
layihə icra olunacaq və ölkədə bir neçə məktəbi əhatə edəcək. Məqsəd isə yenidən
təşkil ediləcək məktəblərdə oxuyacaq şagirdlər üçün tam orta təhsil səviyyəsində
uğur qazanmaları və mükəmməl şərait, eyni zamanda müasir tədris metodları ilə təmin
etməkdir. Yeni təhsil metoduna uyğun olaraq yeni yaradılacaq məktəblərdə bütün
şagirdlər digər məktəblərə köçürülüb. Yalnız 9-cu sinfi bu il bitirmiş şagirdlərdən
başqa.
News365.az xəbər verir ki, layihəyə ölkəni əhatə
edən bütün regional Təhsil idarələrinin nəzdində yerləşən məktəblərdən biri
seçilib. Sözügedən təhsil ocaqlarında tədris prosesi şagirdlərin
maraqlarına və qabiliyyətlərinə uyğun
olaraq təmaül tədris planları əsasında təşkil ediləcək
Bu məktəblərdə tədris prosesi qrupdan asılı olaraq həftəlik
37 saat olmaqla 8 fənni əhatə edən proqramla tədris olunacaq və məktəbdə
şagirdlər dövlət tərəfindən isti yeməklə təmin olunacaq.
Məktəbdə oxuyacaq
bütün şagirdlər həm dərslik həmdə dərsdən kənar
vəsaitlə və eyni zamanda nootbukla
təmin olunacaq. Bu şagirdlərə dərslər və məşğələlər nüfuzlu və yüksək bal toplamış müəllimlər tərəfindən
tədris olunacaq.
Qeyd edək ki, pilot layiyəyə cəlb olunan məktəblərdə oxuyacaq şagirdlərin ali məktəbə yüksək balla daxil olmasına zəmanət veriləcək.
Space Tv-nin mövzu ilə bağlı hazırladığı sujeti təqdim edirik: