Xalq artisti Zabit Nəbizadə efirdə əsəbiləşib.
News365.az xəbər verir ki, hadisə sənətkarın
qonaq olduğu “Rəngarəng” verilişində yaşanıb.
Aparıcının “Meyxanaçı Balaəlinin verilişlərin birində muğam
oxumasına münasibətiniz necədir?” sualı xanəndəni özündən çıxarıb.
Z.Nəbizadə meyxanaçının muğam ifa etməsinə sərt şəkildə
reaksiya bildirib:
“Bəli, mən meyxanaçıların efirdə muğam oxumasına qəti şəkildə
narazıyam. Musiqili meyxananı ilk dəfə Allah rəhmət eləsin Nizami Rəmzi deyib.
Amma o mahnı oxumurdu. Meyxanaçı var ki, yalnız mahnı oxuyur və deyir ki, məni
verilişə meyxanaçılarla deyil müğənnilərlə efirə çağır. O meyxanaçı hansısa bir
muğamın şöbəsini oxuyub. Olub da hansısa bir efirdə. Mənə bu haqda dedilər, məndə
cavab verdim ki, görməmişəm amma bu olub. Oxusunlar mən bir şey demirəm. Amma
belə də olur ki, muğam oxuyana verilişlərdə deyirlər ki, mahnı oxu. Verilişini
apar və bu mövzunu çox uzatma. Mən bunları qəbul etmirəm. Hərə getsin öz yükünü
daşısın. Muğam oxuyan muğamı da, bəstəkar mahnıları da, hər bir şey oxuya
bilir. Amma meyxana getsin meyxanasını desin, estrada ifaçısı isə getsin
estrada mahnılarını oxusun. Onlar muğam oxuyanda balans pozulur. Bu mənim şəxsi
fikrimdir”.
Qeyd edək ki, meyxanaçılar Balaəli və Ruslan “Xəzər axşamı” verilişində muğam oxuyublar. Onların bu addımı isə həm cəmiyyət üzvləri həmdə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.