Ermənilərin tanınmış ictimai xadimlərindən olan Karen Ekimyan sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, Facebook statusuna foto yerləşdirərək baş nazir Nikol Paşinyana sataşıb: “2018-ci ildən burada bir mağaza var. Mağazanın adı “Nikol”dur. Mağaza 2020-ci ildə bağlandı və bir daha açılmadı. İndi "Nikol" boşdur.
Dükan bir daha heç vaxt "Nikol" adı ilə heç nə satmayacaq. Hərçənd onun nə vaxtsa başqa ad və ya formatda yenidən fəaliyyətə başlamiyacağı şübhə doğurur. Bax beləcə mənim əzizlərim, Nikolun mənfi aurası insanların yaddaşında uzun müddət qalacaq”.
Tural