Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər

Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər
22:20

Nigeriyanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Oyo ştatında 56 gün əvvəl oğurlanan 44 məktəbli və müəllimi azad ediblər.

News365.az xəbər verir ki, bu barədə "Punch" qəzeti Nigeriya ordusunun bəyanatına istinadən məlumat yayıb.

Əməliyyatda hərbçilər, polis və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak ediblər. Oğurluqda şübhəli bilinən səkkiz nəfər saxlanılıb, qruplaşmanın daha bir neçə üzvü isə zərərsizləşdirilib.

Qeyd edək ki, mayın 15-də 39 şagird və yeddi müəllim oğurlanıb. Hücum zamanı bir müəllim həlak olub, daha biri isə girovluqda oğurlayanlar tərəfindən öldürülüb.

Azad edilən şəxslər tibbi müayinədən keçirilir. Daha sonra onlar ailələri ilə birləşmək üçün ştat rəhbərliyinə təhvil veriləcəklər.



Sizin reklam burada
Sizin reklam burada