Nepalda daşqın təhlükəsi səngimir: Ölənlərin sayı 734-ə yüksəldi

Nepalda daşqın təhlükəsi səngimir: Ölənlərin sayı 734-ə yüksəldi
10:37

Nepalın şimal rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, 8 186 nəfər xilas edilib. Onların arasında 227 xarici vətəndaş da var.

Bildirilib ki, 2 500-ə yaxın insan itkin düşmüş hesab olunur. Onlardan 588-i xarici ölkə vətəndaşıdır.

Axtarış-xilasetmə əməliyyatlarına 20 000-ə yaxın insan cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bildirilir ki, şiddətli daşqın dalğasının keçdiyi dərədə təxminən 14-15 metr lil və dağıntı toplanıb.

Regionda yeni daşqın təhlükəsinin qalmaqda olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada