Tramp və Netanyahu İrana yeni hücumları müzakirə ediblər

Tramp və Netanyahu İrana yeni hücumları müzakirə ediblər
10:10

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə İrana yeni hərbi zərbələrin endirilməsi imkanlarını müzakirə ediblər.

News365.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu İsrail kəşfiyyatının İranın nüvə proqramını bərpa etməyə çalışdığı barədə məlumatlarından narahatlığını ifadə edib.

Mənbələrin bildirdiyinə görə, Tramp mümkün hərbi əməliyyatla bağlı konkret öhdəlik götürməsə də, Netanyahuya “Hazırlaş!” cavabını verib.

Nəşr qeyd edir ki, tərəflər İranın hərbi və nüvə obyektlərinə qarşı mümkün birgə əməliyyatı da müzakirə ediblər.

Bununla belə, Ağ Ev rəsmisi liderlərin müharibənin yenidən başlanmasını müzakirə etməsi barədə məlumatı təkzib edib. O, Trampın ABŞ-da aralıq seçkilərdən əvvəl İrana zərbə endirməyəcəyini bildirdiyini xatırladıb.

Qeyd edək ki, oktyabrın 27-də İsraildə parlament, noyabrın 3-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada