Bakının Nərimanov rayonunda, Fəxrəddin Musayev küçəsi 65 ünvanında qanunsuz tikinti aparıldığı iddia olunur. Ərazidəki tikintiyə kimin icazə verdiyi və aidiyyəti qurumların məsələ ilə bağlı hansı tədbirləri gördüyü sual doğurur.
News365.az xəbər verir ki, məsələ ilə bağlı narazılıq doğuran əsas məqamlardan biri tikintinin qanuniliyidir. İddialara görə, ərazidə aparılan tikintiyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin icazə verib-vermədiyi aydın deyil.
Sözügedən ünvanda tikinti üçün müvafiq icazələrin olub-olmadığı, işlərin şəhərsalma və tikinti normalarına uyğun aparılıb-aparılmadığı araşdırılmalıdır.
Digər tərəfdən, aidiyyəti dövlət qurumlarının bu məsələ ilə bağlı indiyədək hansı addımları atdığı da maraq doğurur. Əgər tikinti qanunsuz aparılırsa, buna qarşı niyə tədbir görülmür? Tikintiyə rəsmi icazə verilibsə, həmin sənədlərin hüquqi əsasları nədən ibarətdir?
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi və araşdırmanın nəticələri ictimaiyyət üçün əhəmiyyətlidir.