Qara buludlar atmosferdə su damcılarının və buz kristallarının sıxlaşması nəticəsində yaranır.
News365.az xəbər verir ki, Bu buludlar əsasən yağışlı və fırtınalı havalarda müşahidə olunur. Onların tünd görünməsinin əsas səbəbi günəş işığının buludun içərisindən yer səthinə kifayət qədər keçə bilməməsidir.
Buludlar atmosferdəki su buxarının soyuyaraq xırda su damcılarına və ya buz kristallarına çevrilməsi nəticəsində əmələ gəlir. Buludun daxilində bu hissəciklərin miqdarı artdıqca və bulud qalınlaşdıqca günəş şüalarının yerə çatması çətinləşir.
Nəticədə buludlar boz və ya qara rəngdə görünür.