Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
12:43

Ankara Türkiyənin artıq pulunu ödədiyi altı beşinci nəsil F-35 qırıcı təyyarəsinin təhvil verilməsi ilə bağlı Vaşinqtonla fəal danışıqları davam etdirir.

News365.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu Vaşinqtonda keçirilən müdafiə sərgisi çərçivəsində jurnalistlərlə söhbətində bildirib.

Nazir müavini bu məsələ ilə bağlı tezliklə razılaşma əldə olunacağına ümid etdiyini bildirib və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin Amerika hakimiyyətinə ünvanladığı müvafiq məktubu xatırladıb.

Kavaklıoğlu, həmçinin Türkiyəyə qarşı CAATSA (“Sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə” qanunu) sanksiyalarının ləğvi ilə bağlı dialoqda irəliləyiş olduğunu qeyd edib.

“Tərəflər bu məsələyə müsbət yanaşırlar. Biz Ankara ilə Vaşinqton arasında münasibətlərdəki problemlərin tez bir zamanda həllini gözləyirik”, -deyə o əlavə edib.

Nazir müavini, həmçinin ABŞ-Türkiyə birgə müdafiə məhsulları istehsalının üçüncü ölkələrdə yaradılmasını da istisna etməyib. “Türkiyə-ABŞ münasibətləri hazırda çox yüksək səviyyədədir və bu, dövlət başçıları arasında dialoqda öz əksini tapır”, -deyə nazir müavini bildirib.


Sizin reklam burada
Sizin reklam burada