Tramp: "Bu, dizel yanacağının qiymətini azalda bilər"

Tramp: "Bu, dizel yanacağının qiymətini azalda bilər"
09:55

ABŞ Prezidenti Donald Tramp Rusiyadan enerji təchizatının dünya bazarında dizel yanacağının qiymətinə təsiri ilə bağlı gözləntilərini açıqlayıb.

 News365.az xəbər verir ki, Gray Media-nın məlumatına görə, Tramp Rusiyanın enerji təchizatının artmasının dizel yanacağının qiymətini əhəmiyyətli dərəcədə aşağı sala biləcəyini bildirib.

ABŞ lideri müsahibəsində bunun yalnız Amerika üçün deyil, dünya bazarı üçün faydalı ola biləcəyini vurğulayıb.

“Düşünürəm ki, bu, əladır, çünki enerji dünya bazarına çıxarılır. Bu, bizə deyil, bütün dünyaya təqdim olunur və dizel yanacağının qiymətini əhəmiyyətli dərəcədə aşağı salacaq”, – Tramp deyib.


Sizin reklam burada
Sizin reklam burada