Atatürk dövrünün ehkamlarını necə alt-üst edirdi- Kılıçdaroğlu kimilərin menyüsünə

Atatürk dövrünün ehkamlarını necə alt-üst edirdi- Kılıçdaroğlu kimilərin menyüsünə
14:10

Azərbaycanda vahid məktəbli formasının tətbiqi Türkiyədə məqsədli şəkildə anti-İslam hərakatı kimi təqdim edilir.

Bu çirkin kampaniyada dövlət, qeyri-hökümət və hətta müxalif qüvvələr xüsusi canfəşanlıq edir.

Onlardan biri də CHP lideri Kamal Kılıçdaroğludur. Siyasi səhnədə heç bir uğur qazanmayan Kılıçdaroğlu anti-Azərbaycan siyasəti ilə tərəfdaş toplamaq istəyir. Və ölkəmizlə bağlı sərsəm fikirlər səsləndirir.

Təbii ki, bu da cəmiyyətimizdə birmənalı qarşılanmır.

Təsadüfi deyil ki, sabiq millət vəkili Etibar Əliyev özünün sosial səhifəsində  Kamal Kılıçdaroğluya yönəlik maraqlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Mustafa Kamal Atatürk dövrünün ehkamlarını necə alt-üst edirdi?

Kamal Kılıçdaroğlu kimilərin menyüsünə

Atatürk 42 yaşında Lətifə ilə ailə həyatı qurdu. Lətifə 24 yaşında idi.

Elçilik mərasimi olmadı.

Birbaşa evlənmək təklif etdi.

İzmir müftisi “qazi” statusunda dəvət edildi.

Dizi üstə yerdə oturmadılar.

Masa arxasında oturdular.

Lətifə tünd-boz sadə kostyum geyinmişdi.

Başına ağ ipək şal atmışdı.

Əlbəttə, əslində, ağappaq bir gəlinlik paltarı geyinmək istəyirdi, ancaq Zibeydənin matəmi var idi.

Adətə görə, o vaxtlar cümə axşamı günləri evlənərdilər.

Mustafa Kamalla Lətifə bazar ertəsi günü evləndilər.

Nikah mərasimində qadın olmazdı, gəlinin yerinə onun vəkil təyin etdiyi bir nəfər olardı.

Bu ənənəyə də son qoydular...

Kəbinləşmə mərasimində Lətifə də var idi.

Mustafa Kamal həyat yoldaşına kibrit qutusu boyda qızıl qutunun içində Qurani-Kərimin əlyazması və brilyant qaşlı broş hədiyyə etdi.

Lətifənin hədiyyəsi isə gümüş portsiqarla qalstuk sancağı oldu.

Nikahdan sonra çay süfrəsi təşkil edildi.

Ora təxminən 50 nəfər dəvət olunmuşdu.

Qonaqlara nikah şirnisi verildi.

Kasıblara yemək paylandı.

Lətifə 1899-cu ildə anadan olmuşdu.

Göbəyi kəsiləndə veriilən adı Fatma Zəhra idi.

Orta məktəbi və liseyi İstanbuldakı Amerikan kollecində oxudu.

İngiltərədəki “Tudor Hall School”da əcnəbi dil biliklərini inkişaf etdirdi.

Tofiq Fikrətdən və Xalid Ziya Uşaklığildən dərs aldı.

İngiliscə ana dili səviyyəsində, almanca, fransızca, farsca isə yaxşı səviyyədə danışırdı.

Yunanca və italyanca bilirdi.

Piano çalırdı.

Mükəmməl at minicisi idi, atın yəhərində süvari kimi oturardı.

Sinəsindəki medalyonda Mustafa Kamalın papaqlı fotosunu gəzdirərdi.

Mənbə: Yılmaz Özdil: Mustafa Kamal kitabı”

News365.az


Sizin reklam burada
Sizin reklam burada