Təhsil eksperti Etibar Əliyev Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilməsini və akademik adının alınmasını təklif edib.
News365.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Ramiz Mehdiyevin YAP-dan çıxarılmalı, daha sonra isə akademik adının ləğv edilməsi məsələsinə baxılmalı olduğunu bildirib.
Etibar Əliyev fikirlərini Vladimir Leninə aid edilən “Bu gün tezdir, sabah gec olacaq” ifadəsi ilə əlaqələndirərək, məsələnin həlli üçün müvafiq qurumları hərəkətə keçməyə çağırıb.
“Ramiz Enveroviç YAP-dan qovulmalı, sonra isə onun akademik adı götürülməlidir. Məsələnin fizikasını yazdım, qaldı aidiyyəti qurumların hərəkətə keçməsi! Təkrar edirəm, sabah da gec deyil, birisi gün də”, – deyə ekspert qeyd edib.
O, 2020-ci ildə Milli Məclisin plenar iclasında Ramiz Mehdiyevi istefa verməyə çağırdığını da xatırladıb.
“Bunu özümə bağışlaya bilmirəm”, – deyə Etibar Əliyev paylaşımında vurğulayıb.