DSMF-də iki departamentin adı dəyişdirildi

DSMF-də iki departamentin adı dəyişdirildi
13:19

Dövlət Sosial Müdafiə Fondunun Aparatının iki departamentinin adı dəyişdirilib.

News365.az xəbər verir ki, Unikal-ın əldə etdiyi məlumata görə, Strateji planlaşdırma və investisiyalar departamentinin adı Strateji planlaşdırma və təhlil departamenti, Hüquq departamenti isə Hüquq və daxili nəzarət departamenti olub.

Qeyd edək ki, Strateji planlaşdırma və təhlil departamentinin müdiri Amin Abdullayev, Hüquq və daxili nəzarət departamentinin müdiri isə Ülviyyə Musayevadır. Onların hər ikisi 2025-ci ildə departament müdiri təyin ediliblər.



Sizin reklam burada
Sizin reklam burada