İmamoğlu üçün 2 352 il həbs cəzası tələb olunur – Bu gün məhkəmədə danışacaq

İmamoğlu üçün 2 352 il həbs cəzası tələb olunur – Bu gün məhkəmədə danışacaq
11:40

Türkiyənin müxalif siyasətçisi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu uzunmüddətli həbs cəzası təhlükəsi ilə üz-üzə qoyan məhkəmə prosesində yeni mərhələ başlayır. İmamoğlu bu gün Silivridə keçiriləcək iclasda özünü müdafiə edəcək.

News365.az xarici mediaya istinadən xəbər verir ki, 436 nəfərin mühakimə olunduğu iş üzrə təqsirləndirilən şəxslərdən 53-ü hazırda həbsdədir. İmamoğlunun müdafiə çıxışının dörd gün davam edəcəyi gözlənilir.

İttiham aktına əsasən, İmamoğlu cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək, rüşvət almaq, eləcə də tenderlərdə qanunsuzluqlara yol verməkdə ittiham olunur. Prokurorluq siyasətçi üçün 828 ildən 2 352 ilə qədər həbs cəzası tələb edir.

İmamoğlu və onun tərəfdarları isə məhkəmə prosesinin siyasi motivlər daşıdığını bildirirlər.

Qeyd edək ki, iş üzrə iyul ayında keçirilən ilk məhkəmə iclasında İmamoğlu ilə məhkəmə sədri arasında mübahisə yaranmış, bundan sonra siyasətçi məhkəmə zalından çıxarılmışdı.

News365.az


Sizin reklam burada
Sizin reklam burada