“Hazırda
neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aşağı olması haqlı
narahatlıq yaradır. Amma mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil. Birincisi,
2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar
olub. Bu o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa,
yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, yəni ilin ilk yarısında maliyyə tarazlığı hələ ki pozulmayacaq:
İkincisi,
ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı
kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli
effekt verməyəcəyi artıq görünməkdədir.
Bu
baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar
yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm”.
News365.az