Azərbaycanda Təhsil İnstitutunun “Kenquru” Beynəlxalq Riyaziyyat Olimpiyadasının keçirilməsi üçün ödədiyi illik məbləğ 150 avrodur.
News365.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, burada "Fransa şirkətinə külli miqdarda pul köçürülür" ifadəsi absurddur:
“Bu olimpiadaları keçirən təşkilatın təkcə adı fransızcadır. Yəni "Fransız şirkəti" demək doğru deyil. Çünki dünyada olan bir çox beynəlxalq təşkilatların adı fransızcadır”.
Qeyd edək ki, daha öncə bəzi media qurumlarında "Kenquru" olimpiadasının Fransa şirkətinə məxsus olduğu və bu şirkətə Azərbaycan məktəblərindən milyonlarla pul ödədildiyi barədə iddialar yayılmışdı.