Naxçıvanda Ali Məclisə seçkilərlə bağlı DƏYİŞİKLİK

Naxçıvanda Ali Məclisə seçkilərlə bağlı DƏYİŞİKLİK
11:42

Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası çərçivəsində növbəti iclası keçiriləcək.

News365.az-ın məlumatına görə, iclasın gündəliyə "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (I oxunuş) daxil edilib.

Qanuna aşağıdakı dəyişikliklər edilir:

1. 2.1-ci maddədə “maddəsinə” sözü “maddəsinin I hissəsinə” sözləri ilə əvəz edilsin.

2. 8-ci maddə üzrə:

2.1. 8.1-ci maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilir:

"8.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13-cü maddəsinin II hissəsinə, 14-cü maddəsinin II hissəsinə, 28-1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 32-ci maddəsinin I hissəsinin 1-1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Seçkilərin təyin edilməsi haqqında sərəncam səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”;

2.2. 8.2-ci maddənin ikinci cümləsində “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilir.

3. 22.2-ci maddənin ikinci cümləsindən “Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin” sözləri “Ali Məclis sədrinin” sözləri ilə əvəz edilir.

4. 23.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunur:

"Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 14-cü maddəsinin I hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edir.".


Sizin reklam burada
Sizin reklam burada