Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
15:18

Bərdə rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

News365.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Zaur Yusifova "saxla" işarəsi verilib.

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Sizin reklam burada
Sizin reklam burada