"Əgər mən Çingiz xan və Əmir Teymurla bir dövrdə yaşasaydım, Çingiz xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı olardım, bütün dünyanı biz üçümüz fəth edərdik".
Bunu Nadir şah deyib.
Nadir şah savaş üçün anadan olmuşdu. Onun həyatı savaşlar içərisində keçmişdi. Bir dəfə oğullarından biri ona sual vermis idi ki, sənə qılıncla qalib gələcəm. Nadir şah gülərək demişdi ki, götür bizi, batır ayağıma. Oğlu bizi onun ayağına vuranda qalın iynənin ucu əyildi dəriyə batanda.
Nadir şah gülür:
“Oğul ömrü at üstündə savaşda keçən kişinin bədəninə qılınc batmaz. Mən bir ayağımla gedib Hindistanı tutdum, iki ayaqla getsəm bütün dünyanı tutaram. Qorxusu olan insanlar bizden həmişə aşağı olanlardır oğlum”
Bəli, şahlar Şahı Nadir dünyada çox imperiyaların edə bilmədiyini etmiş idi. Hindistan kimi bir dövləti ələ keçirmişdi. Nadir şah Hindistandan o qədər var-dövlət toplamışdı ki, tarixdə heç bir ölkə hökmdarı bu qədər sərvəti və pulu bir yerə toplamamışdı.
Təkcə Hindistandan gətirdiyi ləl-cəvahirat 60 sandıq idi.
Nadir Şah Əfşarın Hindistanın bəzi bölgələrinin fəthi münasibətilə 1738-ci ildə verdiyi fərman:
“Allahın lütfü sayəsində paytaxt Şahcahanabadı və Hindistan dövlətinin qalan hissəsini fəth etdik.... Əlahəzrət özü türkman tayfasının zadəganıdır. Hindistan padişahı da türkman şəcərəsinə mənsubdur. O, həm də böyük kürəkən sülaləsindəndir. Bütün bunları nəzərə alaraq Hindistan səltənətinin taxt-tacını və üzüyünü bu padişaha qaytarır və onun hakimiyyətini təsdiq edirik..."
Hindistanı tutan Nadir şah qızıl zərb pullar kəsdirib üstünə bu sözləri yazdırır:
"Dünya şahlarına şah olan şahlar şahı Nadiri Sahibhicran".
Nadir şahın Hindistana yürüşü zamanı qarşısında duran bir çətinlik var idi. FİLLƏR.
Fillərə qarşı vuruşmaq təcrübəsinin tarixi qədimdir. Makedoniyalı İskəndər onlara qarşı vuruşmağın əsasını qoymuşdu. O, atların üstünə bərkidilmiş adama oxşar samovarların içini odunla dolduraraq onlara od vurdurmuşdu. Fillər öz xortumları ilə bu “əsgərləri” götürmək istəyəndə istidən xortumları yanmış və dəhşətlə geri qaçaraq öz əsgərlərini əzmişlər. Beləliklə də İskəndər qələbə çalmışdı.
Bu təcrübəni bir qədər başqa şəkildə 1398-ci ildə Əmir Teymur təkrar etmişdi. Hindistan Teymuri İmperatorluğunun sayı 10 minə çatan hərbi fillərinin qarşısını almaq çox çətin idi. Nadir Şahın əmri ilə 200 dəvəyə odun və başqa şeylər yükləyib fillərin qarşısına gətirdilər.
Müharibə tarixini, xüsusən özünün sələfi saydığı Əmir Teymurun apardığı müharibələrin tarixini yaxşı öyrənmiş Nadir dəvələrin bellərinə neft tuluqlarını bərkitmiş, onlara od vuraraq fillərin üstünə göndərmişdi. Dəhşətə gəlmiş fillərdən biri hətta moğolların qoşun böyüyünü Nadir şahın qərargahına gətirib çıxarmışdı.
Hindistan zəfərindən sonra 100-dən çox hərbi təlim görmüş fil onun əlinə keçir.
Zaur Əliyev, tarixçi alim