Suriya XİN: Hələbdəki əməliyyat etnik azlıqlara qarşı yönəlməyib

Suriya XİN: Hələbdəki əməliyyat etnik azlıqlara qarşı yönəlməyib
10 Yan 2026 23:20

Suriyanın Hələb şəhərinin ayrı-ayrı rayonlarında təhlükəsizliyin təmin olunmasına yönəlmiş əməliyyat hərbi kampaniya deyil, etnik və ya dini azlıqlara qarşı yönəlməyib.

News365.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanata əsasən, Suriya hökuməti Hələbin Şeyx-Məsud və Əşrəfiye rayonlarında ictimai asayişin təmin olunmasına yönəlmiş məhdud əməliyyat keçirib. Bu tədbirlər "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə əldə olunmuş təhlükəsizlik razılaşmalarının dəfələrlə pozulması nəticəsində dinc sakinlərə zərər vurulmasından sonra ictimai asayişi bərpa etmək və mülki əhalini qorumaq üçün görülüb.

"Bildiririk ki, bu müdaxilə hərbi kampaniya deyil, demoqrafik dəyişikliklərə səbəb olmur və heç bir əhali qrupuna etnik və ya dini mənsubiyyətinə görə qarşı yönəlməyib", – bəyanatda bildirilib.

XİN əlavə edib ki, hökumət mülki əhalinin qorunmasına xüsusi diqqət yetirir, operativ reaksiya məntəqələri yaradır və təhlükəsiz humanitar dəhlizlər açır.



Sizin reklam burada
Sizin reklam burada