İranda etirazlarda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürüldü

İranda etirazlarda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürüldü
10 Yan 2026 16:34

İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.

News365.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Məşhəd şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinin 7 əməkdaşını öldürüb.

Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.


Sizin reklam burada
Sizin reklam burada