Zelenski Rusiyaya qarşı yeni əməliyyatların hazırlandığını açıqlayıb

Zelenski Rusiyaya qarşı yeni əməliyyatların hazırlandığını açıqlayıb
10 Yan 2026 22:00

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlar hazırladığını açıqlayıb.

News365.az xəbər verir ki, Zelenski bu barədə UTX-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib.

“Yeni əməliyyatlar da razılaşdırılıb”, – deyə Zelenski “Telegram” kanalında yazıb.

Ukrayna lideri mümkün əməliyyatların detalları barədə əlavə məlumat verməyib.


Sizin reklam burada
Sizin reklam burada