ABŞ-dən İrana: "Tramp ciddidir..."

ABŞ-dən İrana: "Tramp ciddidir..."
10 Yan 2026 14:26

Hazırda təqaüddə olan ABŞ generalı Cek Kin İran hakimiyyətini bu ölkədə baş verəm aksiyalar zamanı etirazçılara zərər verəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun çox sərt davranacağı ilə bağlı təhdidlərini ciddiyə almağa çağırıb.

News365.az xəbər verir ki, Cek Kinin sözlərini "Fox News" yayımlayıb.

General bildirib ki, əgər İran hakimiyyətinin içində olsaydım, Donald Trampı çox ciddi qəbul edərdim.

"Tramp bu məsələdə çox ciddidir. İndiki mərhələdə Trampın son bir ildə verdiyi açıqlamaları ciddiyə almayan hər kəs, şübhəsiz ki, ehtiyatsız və məsuliyyətsiz hərəkət edir".


Sizin reklam burada
Sizin reklam burada