Bakı sakininin uzun illərdir öz evindən çıxmayan məcburi köçkünlə bağlı müraciəti Avropa məhkəməsində nəticələnib.
News365.az-ın məlumatına görə, paytaxt sakini məcburi köçkünün mənzilini tərk etməməsindən narazı qalaraq yerli məhkəmələrə müraciət edib. Lakin Azərbaycan məhkəmələri tərəfindən məcburi köçkünün evdən çıxarılması təmin olunmayıb.
Bununla bağlı Avropa məhkəməsinə üz tutan ev sahibinin iddiası təmin edilib.
Qərara əsasən, məcburi köçkün mənzili tərk etməli və həmin müddət ərzində həmin ərazidəki kirayə qiymətlərinə uyğun olaraq ev sahibinə təzminat ödəməlidir.
Təzminatın məbləği 34 min manat təşkil edib və ödəniş artıq həyata keçirilib.