Türkiyədə məşhur aktyor saxlanılıb

Türkiyədə məşhur aktyor saxlanılıb
10 Yan 2026 17:54

Türkiyə polisi məşhur aktyor Can Yamanı narkotik istifadəsində şübhəli bilinərək saxlayıb.

News365.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Şənbə günü polis İstanbulda 100-dək əyləncə məkanında narkotik əleyhinə reyd keçirib.

“Aktyor Can Yaman Ruby gecə klubunda saxlanılıb", - qəzet yazıb.

Saxlanılanlar tezliklə narkotik testlərindən keçiriləcəklər. Otuz altı yaşlı Yaman bir sıra teleseriallarında baş rolları canlandırıb.


Sizin reklam burada
Sizin reklam burada