Zaqatalada minik avtomobili aşıb

Zaqatalada minik avtomobili aşıb
10 Yan 2026 20:00

Zaqatalada minik avtomobili aşıb, ölən var.


News365.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qaxdan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna daxil olan an ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada