Xəbər verdiyimiz kimi, bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
News365.az xəbər verir ki, İcra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Bu xəbər sosial mediada Gülarə Verdiyeva ilə bağlı müzakirələrə səbəb olub.
Məlum olub ki, sözügedən xanım vaxtilə Milli Məclisə seçkilərdə namizəd ikən utancverici televiziya çıxışı ilə yadda qalan həmin şəxdsir.