İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb

İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
10 Yan 2026 18:20

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalının oğlu Fərəcullah Şuştəri etiraz aksiyaları zamanı öldürülüb.

News365.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə Məşhəd şəhərində baş verib.

Məlumata görə, Fərəcullah Şuştəri etirazçılar tərəfindən öldürülüb.

Qeyd edək ki, onun atası, general Nurəli Şuştəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini və SEPAH-ın Cənub-Şərq “Qüds” Qərargahının komandanı olub. O, 2009-cu ildə kamikadze hücumu nəticəsində öldürülüb.

Xatırladaq ki, İranda dekabrın 28-dən etibarən etiraz aksiyaları davam edir.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, dekabrın sonundan bu yana etirazlar zamanı ölənlərin sayı 65 nəfərə çatıb, yüzlərlə insan isə yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada