Nadir alergiyadan əziyyət çəkən qadın -İdman onu öldürə bilər

Nadir alergiyadan əziyyət çəkən qadın -İdman onu öldürə bilər
13 Noy 2024 15:18

Amerikalı qadında nadir xəstəlik aşkarlanıb. O, fiziki fəaliyyət zamanı anafilaksiyaya səbəb olan nadir allergiyadan əziyyət çəkir. Bu barədə Daily Mail yazıb.

"Minnesota ştatından olan Meggi Həbəşi, məşq allergiyası adlı nadir bir xəstəliklə yaşayır. Bu, ona fiziki aktivliklə bağlı həyatı üçün təhlükə yaradır. Amerikalı qadın hər dəfə idmanla məşğul olanda bədəndə ciddi reaksiyalar və anafilaksi yaşama riski ilə üzləşir",- məqalədə yazılıb.

Qeyd edilib ki, bu anormal alergiyanın ilk simptomları təxminən 10 il əvvəl, uzun fasilədən sonra Meggi yenidən qaçışla məşğul olmağa cəhd edərkən ortaya çıxıb: "O, qəfildən şiddətli qaşınma hiss etməyə başlayıb və tezliklə bədəni pətəyə oxşayıb, şişlər də yaranıb.  Allerqoloq Mika Karasovun sözlərinə görə, əksər hallarda bu cür reaksiyalar müəyyən qida triggerlərinə görə baş verir. Lakin Həbəşinin düşdüyü vəziyyətdə səbəb başqa olub".

Meggi indi ağrı və qaşınma yaşamadan 20 dəqiqədən çox fiziki fəaliyyətlə məşğul ola bilmir. O qeyd edib ki, çoxları onun belə qeyri-adi allergiyasına inanmır və bunu zarafat kimi qəbul edir. Bununla belə, Həbəşi üçün bu durum həyat üçün real təhlükə sayılır.

Tural


Youtube kanalımız