Şəhidlərimiz Türkiyədə də anıldı

Şəhidlərimiz Türkiyədə də anıldı
28 Sen 2024 15:21

27 Sentyabr - Azərbaycan Anım Günü digər ölkələrdə də qeyd olunur.

News365.az belə ölkələrdən biri də qardaş Türkiyədir.

Bandırma Universitetində təhsil alan azərbaycanlılar, eyni zamanda Bandırmada yaşayan soydaşlarımız Anım Günü ilə əlaqədar tədbir keçirib.

Bandırma Universitetinin tələbəsi, azərbaycanlı fəak Nurlan İsgəndərov saytımıza bildirib ki, tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən söz açılıb, torpaqlarımız uğrunda canını fəda verən oğullarımızın xatirəsi anılıb.

Daha sonra şəhidlərin xatirisəsinə ehsan verilib.

"Azərbaycan var olduqca şəhidlərimiz baş tacımız olacaq, onların xatirəsini daim uca tutacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirik", - deyə Nurlan İsgəndərov bildirib.


 


Youtube kanalımız

Oxşar xəbərlər