Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB
17 İyn 2025 17:23

“Müəllimlər şagirdlərə öyrətməli olduqlarından imtahan verirlər, şagirdləri qiymətləndirmə olduqları mövzudan qiymətləndirilirlər. Bizim sertifikasiya qaydalarımız kifayət qədər loyaldır.

Çünki biz müəllimə tədris etdiyi fəndən nə qədər keçməlidir, öyrətməlidirsə, o qədər soruşuruq. Müəllimlər imtahanda onlara hansı sualların düşəcəyini bilmədikləri üçün narazı qalmamalıdırlar”.

News365.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, sertifikasiyada çətin deyilən sual, çətin deyil, kompleks sualdır:

“İçərisində bir neçə addımın həyata keçirilməsini həyata keçirən sualdır. Müəllim bir suala konkret cavab vermir, bir sual ətrafında minimum üç addım etməlidir ki, gəlib düzgün cavaba çatsın”.


Sizin reklam burada
Sizin reklam burada