"Moskva göz yaşlarına inanmır"ın ulduzunda şiş aşkarlandı

"Moskva göz yaşlarına inanmır"ın ulduzunda şiş aşkarlandı
05 İyn 2025 11:45

Sovet kino ulduzu Vera Alentova (“Moskva göz yaşlarına inanmır”, “Sabah müharibə olacaq” və s. filmlərin aktyoru-red.) Moskvada xəstəxanaya yerləşdirilib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.


Telegram kanalının məlumatına görə, sənətçi mədəsində diskomfort hiss edib və həkimlərə müraciət edib.

Həkimlər 83 yaşlı aktrisada şiş aşkar edərək əməliyyat keçiriblər.

O da qeyd edilib ki, Alentova müvəqqəti olaraq əmək qabiliyyətini itirib. Lakin sənətçi Puşkin adına teatrda onun iştirakı ilə növbəti tamaşanın iyunun sonunda nümayişi planlaşdırılır.

Tural


Sizin reklam burada
Sizin reklam burada