Minimum əmək haqqına nəyə görə hər il baxılacaq?

Minimum əmək haqqına nəyə görə hər il baxılacaq?
09:40
"Minimum əməkhaqqı ilə bağlı yeni yanaşma artıq təsdiqini tapdı və bu qərarın arxasında konkret səbəblər dayanır".
Bunu News365.az-a müsahibəsində iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, son illər beynəlxalq təşkilatların və komissiyaların qiymətləndirmələrində ölkələrin əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin institusional əsasları xüsusi indikator kimi ölçülür. Azərbaycan üzrə reytinq göstəriciləri də məhz bu istiqamətdə siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçməsini zəruri edirdi.
Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının hər il avtomatik artırılması deyil, ildə azı bir dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika, inflyasiya, əmək bazarındakı dəyişikliklər və fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq".
Əlqərəz, bu mexanizm qiymətləndirmə prosesidir. Yəni minimum əməkhaqqı artada bilər, artmaya da bilər, lakin mütləq şəkildə yenidən baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək. Konkret təkliflər təqdim ediləcək, göstəricilər əsasında qərar qəbul olunacaq və yekun məbləğ müəyyən ediləcək. Amma hazırkı şəraitdə böyük ehtimalla ildə ən azı bir dəfə artımın mümkün və real ssenari olduğunu demək olar.
News365.az

Sizin reklam burada
Sizin reklam burada