“Araz supermarket”lər şəbəkəsi insanları zəhərləyir?

“Araz supermarket”lər şəbəkəsi insanları zəhərləyir?
09:44

“Araz supermarket”lər şəbəkəsindən şikayətlər bitmir, tükənmir. Bu dəfəki şikayətçi aldığı çiyələyin keyfiyyətsiz olmasından narızılıq edir.

News365.az xəbər verir ki, sosial səhifə üzərində narazılıq edən vətəndaş yazır:

“Bu gün Araz marketdən çiyələk almışam. Qiyməti 4 manat civarındadı. Aldığım məhsulun baş hissəsi ağdır, qalanı qırmızı.  Kimyəvi maddələrlə yetişdirildiyindən şübhələndim. Evə gətirdikdən sonra məhsulun içinin ağ olduğunu gördüm, bir hissəsini atdım. Məhsulun dadı yoxdur, tamamilə kimyəvidir. Bunu Araz market necə satır?! Kim yoxlayır?! Ümid edirım kimsə zəhərlənməyib. Heç kimə bu məhsulu almağı məsləhət görmürəm”.

Qeyd edək ki, “Araz supermarket” şəbəkələrindən keyfiyyətsiz mala görə bu ilk şikayət deyil. Dəfələrlə alıcılar şikayət ediblər ki, piştaxtaya düzülən malların çoxu aşağı keyfiyyətdədir. Bəzilərinin vaxtı keçsə də etiketləri dəyişdirilərək yenidən vitrinə düzülür.

News365.az


Sizin reklam burada
Sizin reklam burada