Qanun layihəsi müzakirə olundu: yeni cərimə

Qanun layihəsi müzakirə olundu: yeni cərimə
11:49

Milli Məclisdə Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.

News365.az xəbər verir ki, iclas zamanı çıxış edən deputat Vüqar Bayramov bildirib ki, təqdim edilən qanun layihəsi həm hüquqi bazanın gücləndirilməsinə, həm də idarəetmədə şəffaflığın artırılmasına xidmət edir.

Onun sözlərinə görə, xüsusilə elektron xidmətlərin genişləndirilməsi dövlət idarəçiliyində açıq mexanizmlərin daha da möhkəmlənməsinə imkan yaradır. Deputat vurğulayıb ki, bu dəyişikliklər dövlət vəsaitlərinin düzgün və məqsədyönlü istifadəsinin hüquqi çərçivəsini daha da təkmilləşdirəcək və ümumilikdə iqtisadi islahatlara müsbət təsir göstərəcək.

Müzakirələr zamanı Bayramov yeni dəyişikliklərin bəzi detalları ilə bağlı təkliflərini də səsləndirib. O qeyd edib ki, layihəyə əsasən, dövlət vəsaitlərinin təyinatından kənar istifadəsi 10 min manata qədər olduqda, vurulan ziyanın tam məbləği həcmində cərimə tətbiq ediləcək və müəyyən hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması mümkün olacaq.

Deputat əlavə edib ki, əvvəlki qaydalarda cərimələr konkret məbləğ aralığında müəyyənləşdirilirdi. Yeni yanaşmada isə cərimələrin hesablanması daha çox meyarlar əsasında aparılacaq. Onun fikrincə, bu üsul hüquqi müəyyənliyi artırmaqla yanaşı, ziyanın dəqiq məbləğlə ifadə olunmasını da təmin edəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada