Minik maşını dəmir arakəsməyə çırpıldı

Minik maşını dəmir arakəsməyə çırpıldı
06 İyn 2025 14:06

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel " markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərruafatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada