Məzhəb eynəklərinin isə heç biri uzağı göstərmir- Tural İrfan yazır
Aktual
09:20
Bütün ibadət edən müsəlmanlar gündə ən azı 17 dəfə Fatihə surəsini oxuyur və orada dua edir: "İlahi, bizi doğru yola yönəlt! "
Və əslərlə edilən bu duaların müqabilində 680 məzhəb, təriqətə bölünüb bir - birini didirlər, tənəzzül, zəlalət, ixtilaf içindədirlər. Nəticə ondan ibarətdir ki, Allah heç birinun duasını qəbul etmir. Çünki doğru yolda olan bu halda olmaz. Bunun çox aydın və asan cavabı var, yeri gəlsə ətraflı izah edəcəyik.
Məzhəbi olan da müsəlmandır, amma əsl müsəlman deyil. Çünki əsl müsəlmanın məzhəbi yox, dini olar. Allah məzhəb yox, din nazil edib. Quranda məzhəblərə bölünməməyi əmr edib. Əmrə qarşı gələn isə əsl müsəlman sayıla bilməz. Bu, mənim yox, Quranın məntiqidir...
Məzhəbçi, məzhəbpərəstlə müzakirə və mübahisənin heç bir effekti olmadığını, əksinə ixtilafı dərinləşdirdiyini 1400 illik İslam tarixi sübut edib. Məzhəbçi heç zaman obyektiv müsəlman ola bilməz. İslam dini isə məzhəblərə sığacaq qədər cılız din deyil...
Hansısa məzhəbə tabe olan müsəlman, Qurana da, dinə də məzhəbinin eynəyi ilə baxır. Məzhəb eynəklərinin isə heç biri uzağı göstərmir.