Şri-Lankada rusiyalı qadın selfi çəkən zaman faciəvi şəkildə ölüb.
SHOT-un yaydığı məlumata görə, o, dünyaca məşhur turist qatarının yanında selfi çəkdirmək istəyirmiş. Turistlər müntəzəm olaraq səyahət zamanı hərəkət edən bu qatarın yanından gözəl kadrlar çəkməyə çalışırlar.
53 yaşlı Olqa Perminova da adaya uçandan sonra qatarla foto çəkmək qərarı verib.
"O, həqiqətən Asiyanın ən gözəl dəmir yolu sayılan bu qatara minmək istəyib. Səhər o, Badulla stansiyasına çatıb və Kolombo qalasına gedən qatara minib. Faciə qatar məşhur 9 tağlı körpünün yerləşdiyi Ella şəhərinə yaxınlaşarkən baş verib. Bu zaman turist vaqondan enərək selfi çəkməyə başlayıb və qayaya tam sürətlə dəyib. Qadın zərbənin təsirindən yıxılıb",- nəşr yazıb.
Tural