Rusiyada maraqlı hadisə baş verib. Moskva Zooparkının ziyarətçilərinin və işçilərinin sevimlisi olan Katyuşa adlı panda 8 Mart münasibəti ilə hədiyyə alıb. Rusiya mediasının yaydığı videogörüntülərdə ayı balası ona verilən lalə buketi ilə oynayıb.
Rusiya paytaxtının zooparkının direktoru Svetlana Akulova Telegram kanalında məlumat yayaraq yaş yarımlıq pandanı tərifləyib.
Görüntülərdə Katyuşa parlaq çiçəkləri diqqətlə nəzərdən keçirib və sonda onun büküldüyü bambuka üstünlük verib. Panda onu məmnuniyyətlə yeyib.
Tural