Kollektiv Qərb Ukrayna münaqişəsinə tam şəkildə qoşulsa belə, Rusiyanı məğlub edə bilməyəcək. Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin istefada olan kommodoru Stiv Cermi X sosial şəbəkəsində podkast zamanı bildirib.
"Onların (NATO — red.) sadəcə olaraq mübarizə aparacaq kifayət qədər əsgərləri yoxdur", - ekspert bildirib.
Onun sözlərinə görə, Qərb hərbi personalında strateji düşüncə də yoxdur. Bu səbəbdən onlar uğursuzluqlarını təhlil edə bilmirlər. NATO silahlı münaqişələrdə iştirak edərkən siyasi narrativləri rəhbər tutduğu halda, Rusiya strateji planlaşdırma ilə məşğuldur.
Keçmiş kommodor qeyd edib ki, döyüş meydanında Ukrayna qoşunları üçün vəziyyət hər keçən gün daha da pisləşir. Cermi Ukraynanın sonda təslim olmaq məcburiyyətində qalacağını istisna etməyib.
Mayın 27-də Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen də bildirmişdi ki, NATO Rusiya-Ukrayna münaqişəsinin birbaşa iştirakçısıdır.
Tural