"Mercedes"in gənc ulduzu tarix yazdı

"Mercedes"in gənc ulduzu tarix yazdı
15:49

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli Şanxayda keçirilən 2026-cı il "Formula-1" üzrə dünya çempionatının ikinci mərhələsi - Çin Qran-prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib.

News365.az xəbər verir ki, cəmi 19 yaş 201 günlük olan gənc istedad almaniyalı Sebastyan Fettelin 2008-ci ildə qeydə alınmış (21 yaş 72 gün) göstəricisini yeniləyərək, "Formula-1" tarixinin ən gənc poul sahibi adını qazanıb.

Sıralama turunda Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassell ikinci mövqedə qərarlaşıb. İlk üçlüyü isə "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton tamamlayıb.

Qeyd edək ki, daha öncə şənbə günü Şanxayda baş tutan sprint yarışında Rassell finiş xəttini birinci keçmişdi.

Həyəcanla gözlənilən əsas yarış sabah, martın 15-də baş tutacaq və mübarizəyə Bakı vaxtı ilə saat 11:00-da start veriləcək.


Sizin reklam burada
Sizin reklam burada