2026-cı ildə
Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə
kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla
aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə
hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait
nəzərdə tutulub.
2026-cı ilin
büdcə zərfinin layihəsində öz əksini tapıb.
Beləliklə,
Fond gələn il büdcədən 100 milyon manat alacaq.Təbii ki, bu qərar daha çox
insana güzəştli mənzil almaq fürsəti verəcək.
Mövzu ilə News365.az bağlı danışan Liberal
İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, 2025-ci ilin 9 ayında
Azərbaycanda 354 milyon manat məbləğində ipoteka krediti verilib, bu da əhalinin
mənzilə tələbatının artdığını göstərir. Bu mənada dövlət dəstəyi ipoteka faizlərinin
bir hissəsini subsidiyalaşdırmağa imkan verir. Bu, vətəndaşların aylıq ödənişlərini
azaldaraq mənzil almağı daha əlçatan edir. Daha çox vəsaitin Fondda toplanması,
bankların ipoteka kreditləri vermə imkanlarını da artırır. Bu isə bazarda təklifin
artmasına və mənzil tapmaq prosesinin sürətlənməsinə səbəb olur. Nəzərə alaq
ki, faiz subsidiyası və dövlət zəmanəti, ev alanların riskini azaldır, xüsusilə
gəlirlərinin sabit olmadığı dövrdə”.
Müsahibimiz əminliklə
qeyd edir ki, ev almaq istəyənlər üçün aşağı faizli kreditlər və dövlət zəmanəti
mənzil alma imkanını artırır:
“Xüsusilə
ilk mənzilini alan gənc ailələr üçün bu maddi yükün azaldılması və mənzil əldə
etmənin əlçatanlaşması deməkdir. Sahibkarlar üçün isə faiz subsidiyası
investisiya planlarının reallaşmasını sürətləndirir, iqtisadi fəaliyyət və məşğulluğa
töhfə verir. Yəni 2026-cı ildə Fond üçün ayrılan 100 milyon manat vəsait həm əhalinin
mənzilə çıxışını asanlaşdıracaq, həm də sahibkarlığın maliyyə imkanlarını
genişləndirəcək. Qısaca desək, dövlət dəstəyi artımı ev almaq istəyənlərin və
sahibkarların maliyyə risklərini azaltmaq və imkanlarını artırmaq üçün yeni
fürsət yaradacaq”.
News365.az