Dünya üzrə ən böyük neft ehtiyatları əsasən az sayda ölkədə cəmləşib. Xüsusilə Yaxın Şərq və Latın Amerikası ölkələri qlobal enerji bazarında həlledici rol oynayır.
ABŞ-İsrail və İran arasında artan gərginlik fonunda bu ölkələr yenidən beynəlxalq gündəmin mərkəzinə çıxıb.
Son məlumatlara görə, dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələri bunlardır:
Venesuela – təxminən 303 milyard barel ehtiyatla dünyada birinci yerdədir.
Səudiyyə Ərəbistanı – təxminən 267 milyard barel.
İran – təxminən 208 milyard barel ehtiyatla üçüncü sıradadır.
Kanada – təxminən 163 milyard barel.
İraq – təxminən 145 milyard barel.
Birləşmiş Ərəb Əmirlikləri – 113 milyard barel.
Küveyt – 101 milyard barel.
Rusiya – 80 milyard barel.
Liviya – 48 milyard barel.
ABŞ – təxminən 45 milyard barel sübut olunmuş ehtiyat.
Mütəxəssislərin fikrincə, bu ölkələr qlobal neft ehtiyatlarının böyük hissəsini nəzarətdə saxlayır və dünya enerji bazarında qiymətlərin formalaşmasına ciddi təsir göstərirlər. Hətta dörd ölkə – Venesuela, Səudiyyə Ərəbistanı, İran və Kanada birlikdə qlobal neft ehtiyatlarının yarıdan çoxuna sahibdir.
Son günlər Yaxın Şərqdə artan müharibə riski və Hörmüz boğazı kimi strateji enerji marşrutlarının təhlükə altına düşməsi qlobal neft bazarında ciddi dalğalanmalara səbəb olub. Bu isə enerji ehtiyatlarına sahib ölkələrin geosiyasi əhəmiyyətini bir daha artırır.