"Mənim sevdiyim Allah, 6-7 yaşlı qız uşağını başı bağlı olmadığına görə cəzalandıra bilməz - amma ona yaxşı təhsil verməyən, təhsil almasına mane olan hökuməti və valideyinləri sevməz, bağışlamaz".
Bu fikirləri REAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O, əlavə edib ki, mənim sevdiyim Yaradan 1 bokal şəraba görə yaratdığını cəhənnəmlik etməz - amma ayıq başla yaratdıqlarına qarşı haqsızlıq edənləri bağışlamaz:
"Mənim sevdiyim Tanrı gündə 5 dəfə namaz qılmayanı lənətləməz - amma seçkidə 5 bülleten atanı bağışlamaz.
Mənim sevdiyim Allah büdcə oğurlayanları, rüşvət alanları, xalqın malına göz tikənləri, haqsız yerə insanları həbsə atanları, hər addımda yaratdığı insanların haqqını tapdalayanları cəzalandırar. İslam dininin miflərlə dolu şəklini deyil də, fəlsəfəsini anlayanlara, dürüst olanlara, başqasının haqqını tapdamayanlara kömək olar.
Mən Allahıma, Yaradana qorxudan çox sevgi bəsləyirəm, sevgi həmişə qorxudan yaxşıdır."