Tir tüfəngi ilə vurulan qadının SON DURUMU

Tir tüfəngi ilə vurulan qadının SON DURUMU
12:25

Goranboyda ərinin tir tüfəngindən açdığı atəş nəticəsində xəsarət alan 24 yaşlı N. Xudaverdiyevanın vəziyyəti stabildir.

Bu barədə Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinin həkim-cərrahı Sənan Abbasov verib.

Onun sözlərinə görə 14.05.2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub:

“Qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir” deyə həkim əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada