Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək

Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək
01 Apr 2025 16:06

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək. 

News365.az  “TRT Haber”ə istinadən xəbər verir ki, Fidan Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə görüşəcək.  Görüşdə Fransa ilə siyasi münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropanın təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya ilə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Türkiyəli nazirin, həmçinin Fransada yaşayan türk vətəndaşlarını hədəf alan irqçi və ekstremist cərəyanlara qarşı qətiyyətli mövqe sərgiləyəcəyi, müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyəti və ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı ölkəsinin fikirlərini çatdıracağı, terrorla mübarizədə effektiv əməkdaşlığın vacibliyini bir daha vurğulayacağı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada