Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin nizamlanması kontekstində Amerika lideri Donald Trampa güzəştə getməyəcək. Bunu News.ru-ya müsahibəsində politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perendjiev deyib.
Onun sözlərinə görə, Rusiya heç bir güzəştə getməyəcək. Politoloq qeyd edib ki, Tramp qarşısına sadəcə olaraq hərbi əməliyyatları dayandırmağı qoyub. Lakin Moskva müharibəni “sadəcə onu dayandırmaq üçün” başlatmayıb.
"Bütün ağlı başında olan insanlar yaxşı başa düşürlər ki, bunu elə-belə dayandırmaq tamamilə mümkün deyil. 2024-cü ilin iyununda Putin bəyan etdi ki, biz bəzi detalları əsas götürməliyik: əgər biz nəyisə razılaşdırmaq istəyiriksə, bu, Ukrayna Silahlı Qüvvələrinin və onları dəstəkləyənlərin hamısının bizim ərazilərimizdən – təkcə Kursk vilayətindən deyil, həm də yeni bölgələrimizdən çıxarılmasından sonra olacaq".
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural