Qubada ölümlə nəticələnən qəza olub.
News365.az-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Lada-Niva” markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb.
Hadisə zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.