Livanın cənubunda ən azı beş şəhər İsrail təyyarələri tərəfindən bombalanıb.
News365.az xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalının verdiyi məlumatda deyilir.
Bildirilib ki, Kfar Tibnit, Mayfadun, Markab, Tallus və El Qantarada Hizbullah mövqeləri hədəf alınıb.
İsrail dronlarının isə Deyr Mimas və Əl Jermakdakı yerüstü hədəflərə zərbələr endirdiyi bildirilib.
Hakimiyyət orqanlarının məlumatına görə, bu hücumlar kəndlilərin zeytun yığımı ilə məşğul olduğu gündüz vaxtı baş verib. Yerli sakinlər arasında itkilər olub və hazırda say müəyyənləşdirilir.