Ukrayna, ABŞ və Rusiya sabah bunları müzakirə edəcək

Ukrayna, ABŞ və Rusiya sabah bunları müzakirə edəcək
21:20

Ukrayna, ABŞ və Rusiya sabah görüşlərə başlayacaqlar. Danışıqların əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın gələcək təhlükəsizlik arxitekturası olacaq.

News365.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“ABŞ atəşkəs əldə olunacağı təqdirdə Rusiyanın yeni hücumunun qarşısının necə alına biləcəyini müzakirə etmək istəyir. Vaşinqton ümid edir ki, Moskvanın Avropanın gələcək təhlükəsizliyi ilə bağlı müzakirələrə cəlb edilməsi onun ərazi iddiaları ilə bağlı mövqeyini yumşaltmağa və danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmağa kömək edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada